Muhammad surəsi, ayə 32

47:32

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ ٣٢

Innal-ladhīna kafarū wasaddū 'an sabīlillāhi washāqqur-rasūla mim ba'di mā tabayyana lahumul-hudā lan yadurrullāha shay'an wasayuhbitu a'mālahum

Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır.

Təfsir

Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən az­dı­ran­lar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qar­şı düşmənçilik edənlər Alla­ha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caqdır­.