كَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ٨٢
Kallā sayakfurūna bi'ibādatihim wayakūnūna 'alayhim diddā
Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.
Təfsir
Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.