يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا ٢٨
Yā'ukhta hārūna mā kāna abūkimra'a saw'in wamā kānat ummuki baghiyyā
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”.
Təfsir
Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!