فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا ٢٧
Fa atat bihī qawmahā tahmiluhū qālū yāmaryamu laqad ji'ti shay'an fariyyā
(Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun.
Təfsir
Məryəm oğlunu qucağına alıb onu öz qövmünün yanına gətirdi. Qövmü Məryəmin bu əməlini çirkin bir iş gördüklərindən dolayı ona belə dedi: "Ey Məryəm! Sən görünməmiş bir şeylə, atası olmayan bir uşaqla gəldin!"