فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا ٢٣
Fa ajā'ahal-makhādu ilā jidh'in-nakhlati qālat yālaytanī mittu qabla hādhā wakuntu nasyam mansiyyā
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”
Təfsir
Doğuş sancıları başladı və bu səbəbdən o, bir xurma ağacının gövdəsinə söykənməyə vadar oldu. Bu zaman Məryəm - aleyhissəlam - dedi: "İnsanlar mənim barəmdə pis şeylər düşünməmələri üçün, kaş bu gündən əvvəl ölüb və birdəfəlik unudulaydım!"