وَإِذَا غَشِيَهُم مَّوۡجٞ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ فَمِنۡهُم مُّقۡتَصِدٞۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٖ كَفُورٖ ٣٢
Wa idhā ghashiyahum mawjun kaz-zulali da'awullāha mukhlisīna lahud-dīna falammā najjāhum ilal-barri faminhum muqtasidun wamā yajhadu bi'āyātinā illā kullu khattārin kafūr
(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona dua edərlər. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
Təfsir
Dağlar və buludlar kimi dalğalar onları hər tərəfdən əhatəyə aldığı zaman onlar duanı və ibadəti məhz Allaha məxsus edərək yalnız Ona yalvararlar. Allah onların duasını qəbul edib, onları quruya çıxartdıqda və suda boğulmaqdan xilas etdikdə isə aralarından bəziləri bu nemətə kamil şəkildə şükür etməz, bəziləri də Allahın nemətinə küfür edər. Bizim ayələrimizi, dənizdəki təhlükədən xilas olacağı təqdirdə Allaha şükür edəcəyinə söz verib sonra əhdini pozan xainlər, Allahın nemətlərinə qarşı nankor olan, Rəbbinin verdiyi nemətə şükür etməyən kimsələr inkar edərlər.