كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ١٨٥
Kullu nafsin dhā'iqatul-mawti wa innamā tuwaffawna ujūrakum yawmal-qiyāmati faman zuhziha 'anin-nāri wa udkhilal-jannata faqad fāza wamal-hayawātud-dunyā illā matā'ul-ghurūr
Hər kəs ölümü dadacaqdır. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Təfsir
Kimliyindən aslı olmayaraq hər bir canlı ölümü dadacaq. Buna görə də heç kəs bu dünyaya aldanmasın. Qiyamət günü əməllərinizin mükafatı əksildilmədən sizə tam veriləcəkdir. Allah kimi oddan uzaqlaşdırıb, Cənnətə daxil edərsə, o, əlbəttə, istədiyi xeyirə nail olar və qorxduğu şərdən nicat tapar. Dünya həyatı isə müvəqqəti ləzzətdən başqa bir şey deyildir. Bu dünyaya yalnız aldanmış insan bağlanar.