وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفٗا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّٰكِرِينَ ١١٤
Wa aqimis-salawāta tarafayin-nahāri wazulafam minal-layli innal-hasanāti yudhhibnas-sayyi'āti dhālika dhikrā lidh-dhākirīn
Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında doğru-düzgün namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
Təfsir
Ey Peyğəmbər! Gündüzün iki başında, əvvəlində və axırında olmaqla və gecənin bəzi vaxtlarında da ən gözəl şəkildə namaz qıl! Həqiqətən, saleh əməllər kiçik günahları silib aparır. Bu deyilənlər, öyüd-nəsihət qəbul edib, anlayanlar üçün bir xatırlatmadır.