فَلَا تَحۡسَبَنَّ ٱللَّهَ مُخۡلِفَ وَعۡدِهِۦ رُسُلَهُۥٓۚ إِنَّ ٱللَّهَ عَزِيزٞ ذُو ٱنتِقَامٖ ٤٧
Falā tahsabannallāha mukhlifa wa'dihī rusulahū innallāha 'azīzun dhuntiqām
Allahın əsla Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir.
Təfsir
Ey Peyğəmbər! Allahın Öz elçilərinə onlara qalibiyyət verəcəyinə və dini aşkar edəcəyinə dair verdiyi vədinə xilaf çıxacağını əsla zənn etmə! Şübhəsiz ki, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. O, Öz dostlarını izzətli edəcəkdir. Həmçinin, Öz düşmənlərindən və elçilərinin düşmənlərindən şiddətli intiqam almağa qadirdir.