أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ١٩
Alam tara annallāha khalaqas-samāwāti wal-arda bil-haqqi in yasha' yudhhibkum waya'ti bikhalqin jadīd
(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər.
Təfsir
Ey İnsan! Məgər sən Allahın göyləri və yeri əbəs yerə deyil, əksinə haqq ilə yaratdığını bilmirsənmi? Ey İnsanlar! Əgər Allah sizi yox edib, yerinizə Ona ibadət və itaət edən başqa bir məxluq gətirmək istəsə, sizi yox edib yerinizə Ona ibadət və itaət edən yeni bir məxluq gətirər. Bu Allah üçün çox asan və rahat bir işdir.