قَالُوٓاْ أَتَعۡجَبِينَ مِنۡ أَمۡرِ ٱللَّهِۖ رَحۡمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيۡكُمۡ أَهۡلَ ٱلۡبَيۡتِۚ إِنَّهُۥ حَمِيدٞ مَّجِيدٞ ٧٣
Qālū ata'jabīna min amrillāhi rahmatullāhi wabarakātuhū 'alaykum ahlal-bayti innahū hamīdum majīd
(Mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
Təfsir
Sara bu müjdə xəbərindən təəccübləndikdə, mələklər ona dedilər: "Yoxsa sən, Allahın qəza və qədərinə təəccübmü edirsən? Allahın belə şeyi etməyə qadir olması sənin kimi bir insana gizli qalmaz. Ey İbrahimin ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən Allah, sifətlərində və feillərində tərifəlayiqdir və şan-şöhrət sahibidir!"