قَالَتۡ يَٰوَيۡلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٞ وَهَٰذَا بَعۡلِي شَيۡخًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عَجِيبٞ ٧٢
Qālat yāwaylatā a'alidu wa ana 'ajūzun wahādhā ba'lī shaykhan inna hādhā lashay'un 'ajīb
(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda necə doğa bilərəm?! Doğrusu, bu, təəccüblü bir şeydir”.
Təfsir
Sara, Mələklər onu bu xoş xəbərlə müjdələdikdə, o, təəccüblə dedi: "Mən bu yaşlı vaxtımda və bundan sonra dünyaya uşaq gətirməkdən ümidimi kəsdiyim bir halda, bu ərim də bir qoca kişi ikən, necə uşaq doğa bilərəm?! Doğrusu, bu yaşdan sonra dünyaya uşaq gətirməyim, adətən görünməyəm çox təəccüblü bir haldır!".