فَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا صَٰلِحٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَمِنۡ خِزۡيِ يَوۡمِئِذٍۚ إِنَّ رَبَّكَ هُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ٦٦
Falammā jā'a amrunā najjaynā sālihan walladhīna āmanū ma'ahū birahmatim minnā wamin khizyi yawmi'idhin inna rabbaka huwal-qawiyyul-'azīz
Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.
Təfsir
Onların həlak olacaqlarına dair əmrimiz gəldikdə, Biz Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından, zillətindən xilas etdik. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin kiminsə Ona qələbə çala bilməyəcəyi qədər qüvvətlidir. Elə buna görə də Allah, peyğəmbərləri yalan sayan bütün ümmətləri məhv etmişdir.