Hud surəsi, ayə 65

11:65

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمۡ ثَلَٰثَةَ أَيَّامٖۖ ذَٰلِكَ وَعۡدٌ غَيۡرُ مَكۡذُوبٖ ٦٥

Fa'aqarūhā faqāla tamatta'ū fī dārikum thalāthata ayyāmin dhālika wa'dun ghayru makdhūb

Onlar (dəvənin) kəsdilər. (Saleh) dedi: “Yurdunuzda üç gün də kef edin. Bu, yalan olmayan bir vəddir”.

Təfsir

Onlar Salehi yalan saymaqda inadkarlıq edərək dəvə­ni kəs­di­lər. Belə olduqda Saleh onlara dedi: "Yur­du­nuz­da dəvən kəsdiyiniz gündən bəri üç gün həyatda kef eləyin. Bunda sonra sizə Allahın əzabı gələcək. Bu müddət bitdikdən sonra sizə mütləq, qaçılmaz və yalan olmayan əzab gələcəkdir. Əksinə o, haqq olan bir vəd­dir".