Hud surəsi, ayə 40

11:40

حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٞ ٤٠

Hattā idhā jā'a amrunā wafārat-tannūru qulnahmil fīhā min kullin zawjaynithnayni wa ahlaka illā man sabaqa 'alayhil-qawlu waman āmana wamā āmana ma'ahū illā qalīl

Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz (Nuha) dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər müstəsna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Lakin,) onunla birlikdə az adam iman gətirmişdi.

Təfsir

Nuh Uca Allahın ona əmr etdiyi gəmini inşa edib sona çatdıqda, nəhayət, onların məhv olma əmrimiz gəl­di­yi an, tufanın başladığını xəbər vermək üçün su onların çörək bişirdikləri tən­dirdən qaynayıb daşdığı za­man Biz Nuha - aleyhissəlam - belə dedik: "Yer üzündə olan hey­vanların hər növündən biri erkək və biri dişi olmaqla bir cüt, iman gətirmədikləri səbəbindən ba­rə­­lə­rin­də suda qərq olacaqları hökmü verilən kəslər istis­na ol­maq­la da, öz ailəni və bir də qövmündən səninlə birğə iman gə­­ti­rən­ləri gəmiyə min­dir". Nuh qövmünün Allaha iman gətirməsi üçün onların aralarında uzun müddət qalıb Allaha dəvət etməsinə baxmayaraq, onunla bir­likdə qövmündən çox az adam iman gə­tirmişdi.