وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤۡمِنَ مِن قَوۡمِكَ إِلَّا مَن قَدۡ ءَامَنَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَفۡعَلُونَ ٣٦
Wa ūhiya ilā nūhin annahū lan yu'mina min qawmika illā man qad āmana falā tabta'is bimā kānū yaf'alūn
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər müstəsna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.
Təfsir
Uca Allah Nuha belə vəhy etdi: "Ey Nuh! Bundan sonra qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq onlardan heç kəs sənə iman gətirməyəcək. Ey Nuh! Elə isə bu uzun bir müddət ərzində qövmünün səni yalan sayıb və sənə qarşı istehza etdiklərinə görə heç kədərlənmə.