وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًاۚ أُوْلَٰٓئِكَ يُعۡرَضُونَ عَلَىٰ رَبِّهِمۡ وَيَقُولُ ٱلۡأَشۡهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُواْ عَلَىٰ رَبِّهِمۡۚ أَلَا لَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ١٨
Waman azlamu mimmaniftarā 'alallāhi kadhiban ulā'ika yu'radūna 'alā rabbihim wayaqūlul-ashhādu hā'ulā'il-ladhīna kadhabū 'alā rabbihim alā la'natullāhi 'alaz-zālimīn
Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər (mələklər və peyğəmbərlər): “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!
Təfsir
Allaha şərik və ya övlad nisbət edərək Ona qarşı yalan uydurub, iftira yaxan kəsdən daha zalım kimsə yoxdur. Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələr dünyada ikən etdikləri əməllər barədə, haqq-hesaba çəkilmək üçün Qiyamət günü Rəbbinin hüzuruna gətiriləcək və mələklərdən və peyğəmbərlərdən olan şahidlər: "Bunlar Allaha şərik qoşan və övlad nisbət edərək Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələrdir" – deyəcəklər. Bilin ki, Allah, Ona qarşı yalan danışıb, iftira yaxaraq özlərinə zülüm edən kimsələri Öz rəhmətindən uzaqlaşdırmışdır!