وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَإِلَيۡهِ يُرۡجَعُ ٱلۡأَمۡرُ كُلُّهُۥ فَٱعۡبُدۡهُ وَتَوَكَّلۡ عَلَيۡهِۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ١٢٣
Walillāhi ghaybus-samāwāti wal-ardi wa ilayhi yurja'ul-amru kulluhū fa'budhu watawakkal 'alayhi wamā rabbuka bighāfilin 'ammā ta'malūn
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
Təfsir
Göylərdə və yerdə qeyb olan nə varsa onun elmi bütünlüklə yalnız Allaha aiddir. Heç bir şey Ona gizli qalmaz. Qiyamət günü bütün işlər də Ona qayıdacaqdır. Ey Peyğəmbər! Elə isə sən, ancaq Ona ibadət et və hər bir işində ancaq Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən əsla qafil deyildir. Əksinə, O, hər bir şeyi biləndir və hər kəsin etdiyi əməlin müqabilini də verəcəkdir.