فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١٢
Fastaqim kamā umirta waman tāba ma'aka walā tatghaw innahū bimā ta'malūna basīr
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol. Səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.
Təfsir
Ey Peyğəmbər! Allahın sənə əmr etdiyi kimi doğru yolda olmağa davam et. Onun əmrlərini yerinə yetir və qadağalarından da uzaq dur. Möminlərdən səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Günahlar edərək həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O sizə əməllərinizin qarşılığını verəcəkdir.