فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ٨٥
Falam yaku yanfa'uhum īmānuhum lammā ra'aw ba sanā sunnatallāhil-latī qad khalat fī 'ibādihī wakhasira hunālikal-kāfirūn
Əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın qulları barəsində əzəldən olan sünnəsidir. Kafirlər orada (əzabı gördükdə) ziyana uğradılar.
Təfsir
Onlar əzabımızın onlara gəldiyini əyani olaraq gördükdə, iman gətirmələri onlara heç bir fayda vermədi. Allahın Öz qulları barəsində əzəldən olub-keçmiş qanunu belədir ki, onların əzabı gördükləri zaman iman gətirmələrinin onlara faydası olmaz. Kafirlər Allaha küfr etdiklərinə və əzab gəlməmişdən əvvəl bu küfrdən tövbə etmədiklərinə görə, əzab onları bürüyüb məhv etdiyi zaman onlar ziyana uğradılar.