ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٦٢
Dhālikumullāhu rabbukum khāliqu kulli shay'il lā ilāha illā huwa fa annā tu'fakūn
Bu sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allahdır! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur! Siz necə də haqdan döndərilirsiniz!
Təfsir
Sizə Öz nemətlərindən bəxş edən o Allah, hər şeyin Xaliqidir. Ondan başqa xaliq yoxdur. Eləcə də, Ondan başqa ibadətə olunmağa haqqı çatan məbud yoxdur! Elə isə siz necə, Ona ibadət etməkdən üz döndərib, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan (bütlərə) ibadət edirsiniz!