ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٦١
Allāhul-ladhī ja'ala lakumul-layla litaskunū fīhi wan-nahāra mubsiran innallāha ladhū fadlin 'alan-nāsi walākinna aktharan-nāsi lā yashkurūn
Sizin rahatlanmanız üçün gecəni və (ruzi qazanmanız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların əksəriyyəti şükür etməz.
Təfsir
Sizin rahatlanmanız və dincəlməyiniz üçün gecəni qaranlıq və iş görməyiniz üçün də gündüzü işıqlı və nurlu yaradan Allahdır. Həqiqətən, Allah insanlara çoxlu zahiri və batini nemətlər verməklə onlara olduqca çox lütf göstərmişdir, lakin insanların çoxu pak və müqəddəs Allahın Öz lütfündən onlara verdiyi nemətlərə şükür etməz.