Ghafir surəsi, ayə 5

40:5

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ٥

Kaddhabat qablahum qawmu nūhin wal-ahzābu mim ba'dihim wahammat kullu ummati birasūlihim liya'khudhūhu wajādalū bil-bātili liyudhidū bihil-haqqa fa akhadhtuhum fakayfa kāna 'iqāb

Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağa (öldürməyə) cəhd göstərdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə etdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!

Təfsir

Bunlardan əvvəl Nuh qövmü, ondan sonra da başqa toplumlar - Ad, Səmud və Lut tayfaları, Mədyən əhli və Firon, el­çi­lə­ri yalançı saymış, hər bir ümmət öz peyğəmbərlərini tutub öldürməyə cəhd göstərmiş və haqqı yox etmək üçün öz ba­til sözləri ilə müba­hisə etmişdilər. Buna gör də, Mən o ümmətlərin hamısını yaxaladım. Bir düşün, Mə­nim onlara verdiyim cəzam necə oldu! Bu, şiddətli bir cəza idi.