Ghafir surəsi, ayə 29

40:29

يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ٢٩

Yāqawmi lakumul-mulkul-yawma zāhirīna fil-ardi faman yansurunā mim ba sillāhi in jā'anā qāla fir'awnu mā urīkum illā mā arā wamā ahdīkum illā sabīlar-rashād

Ey qövmüm! Bu gün mülk sizə məxsusdur. Yer üzündə qalib gələnlər də sizsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?!” Firon dedi: “Mən sizə ancaq öz rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.

Təfsir

Ey qövmüm! Bu gün səltənət sizə məxsusdur. Misir torpağında qalib gələnlər də sizsiniz. Əgər Musanı qətlinə görə, Allahın əzabı bizə gəlsə, bizi ondan kim xilas edə bilər?!” Firon dedi: “Söz, mən dediyim söz, hökm də, mən verdiyim hökm olmalıdır. Mən şərin və fəsadın qarşısını almaq üçün, Musanı öldürməyimi məsləhət bilirəm və mən sizə ancaq doğru yolu göstə­ri­rəm”.