قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ ٦
Qul innamā ana basharum mithlukum yūhā ilayya annamā ilāhukum ilāhun wāhidun fastaqīmū ilayhi wastaghfirūhu wawaylul lil-mushrikīn
(Ey Peyğəmbər!) De: “Mən də sizin kimi bir insanam. Mənə ilahınızın yalnız tək bir ilah olduğu vəhy olunur. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
Təfsir
Ey Peyğəmbər, o inadkarlara belə de: “Mən də sizin kimi bir insanam. Allah mənə vəhy edir ki, sizin haqq məbudunuz yalnız Tək olan Allahdır. Ona tərəf doğru yol tutun və günahlarınıza görə Ondan bağışlanma diləyin. Allahdan qeyrisinə ibadət edən və ya Allaha şərik qoşan müşriklər məhv olsun və əzaba uğrasınlar!