مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٤٦
Mman 'amila sālihan falinafsihī waman asā'a fa'alayhā wamā rabbuka bizallāmil lil-'abīd
Kim saleh bir əməl etsə, xeyri özünə, kim də pislik etsə, zərəri əleyhinə olar. Rəbbin qullara zülm edən deyildir.
Təfsir
Kim yaxşı iş görsə, gördüyü işin xeyri özünə qayıdar, çünki bir kimsənin etdiyi yaxşı əməlin Allaha heç bir faydası yoxdur. Kim də pislik etsə, zərəri onun öz əleyhinə olar, çünki yaradılanlardan bir kimsənin etdiyi pis əməlin Allaha heç bir zərəri yoxdur. Uca Allah hər bir kəsə etdiyi əməlinin əvəzini verəcəkdir. Ey Peyğəmbər, Rəbbin Öz qullarına züml edən deyildir. Allah onların nə savabından azaldar, nə də günahları üzərinə günah artırar.