Fussilat surəsi, ayə 41

41:41

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ ٤١

Innal-ladhīna kafarū bidh-dhikri lammā jā'ahum wa innahū lakitābun 'azīz

Özlərinə Zikr (Quran) gəldiyi zaman ona küfür edənlər (cəzalandırılacaqlar). Həqiqətən, bu, əziz (eyibdən uzaq) bir Kitabdır.

Təfsir

Şübhəsiz ki, özlərinə Allah tərəfindən Quran gəldiyi zaman onu yalan sa­yan kimsələr qiyamət günü əzaba düçar olacaqlar. Həqiqətən, bu, əzəmətli və əsaslı bir Ki­tab­dır. Onu nə təhrif etmək istəyən kəs təhrif edə bilər, nə də, dəyişdirmək istəyən kəs onu dəyişdirə bilər.