كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ ٣
Kitābun fussilat āyātuhū qur'ānan 'arabiyyal liqawmin ya'lamūn
(Bu) bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır.
Təfsir
Anlayan bir qövm üçün ərəbcə Quran olaraq ayələri tam və ən mükəmməl şəkildə bəyan edilmiş bir kitabdır. Çünki onlar onun ayələrinin mənasını dərk edən və haqq yolu göstərən ayələrdən faydalanan kimsələrdir.