Fussilat surəsi, ayə 4

41:4

بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ٤

Bashīran wanadhīran fa a'rada aktharuhum fahum lā yasma'ūn

(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz.

Təfsir

Bu Quran, həm möminlərə Allahın onlar üçün hazırladığı böyük mükafatla müjdə verən, həm də kafirləri Allahın ağrılı-acılı əzabı ilə qorxudandır. Lakin kafirlərin çoxu Qurandan üz döndərib, onun doğru yol göstərən ayələrini dinləmirlər.