فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٢٧
Falanudhīqannal-ladhīna kafarū 'adhāban shadīdan walanajziyannahum aswa'al-ladhī kānū ya'malūn
Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
Təfsir
Biz Allaha və Onun elçilərinə küfr edən kimsələrə qiyamət günü mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə - şirk və asiliklərə görə cəzalandıracağıq.