Fussilat surəsi, ayə 24

41:24

فَإِن يَصۡبِرُواْ فَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡۖ وَإِن يَسۡتَعۡتِبُواْ فَمَا هُم مِّنَ ٱلۡمُعۡتَبِينَ ٢٤

Fa in yasbirū fan-nāru mathwal lahum wa in yasta'tibū famā hum minal-mu'tabīn

(Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.

Təfsir

Qulaqları, gözləri və dəriləri özlərinin əleyhinə şahidlik etdikləri bu kimsələr əzaba səbir edib dözsələr də, on­la­rın qərar tutacaqları və sığınıcaqları yer od­dur. Onlar əzabın aradan qaldırılmasını və Allahın onlardan razı qalmasını di­lə­sə­lər də, Allahın razılığını qazana bilməyəcək və heç vaxt Cənnətə girməyəcəklər.