۞ وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ٢٥
Waqayyadnā lahum quranā'a fazayyanū lahum mā bayna aydīhim wamā khalfahum wahaqqa 'alayhimul-qawlu fī umamin qad khalat min qablihim minal-jinni wal-insi innahum kānū khāsirīn
Biz onlara (fasiq) dostlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
Təfsir
Biz o kafirlərə şeytanlardan, daim onların yanında olacaq dostlar hazırladıq və bu dostlar onlara həm dünyadakı pis əməllərini gözəl göstərdilər, həm də, axirəti yada salmağı və o gün üçün əməl etməyi onlara unutdurdular. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlərə əzab vacib olduğu kimi, onlara da vacib oldu. Həqiqətən də, onlar özlərini və ailələrini Cəhənnəm oduna düçar etməklə ziyana uğradılar.