Fatir surəsi, ayə 9

35:9

وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ٩

Wallāhul-ladhī arsalar-riyāha fatuthīru sahāban fasuqnāhu ilā baladim mayyitin fa ahyaynā bihil-arda ba'da mawtihā kadhālikan-nushūr

Küləkləri göndərib buludu hərəkətə gətirən Allahdır. Biz onu ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriliş də belə olacaqdır.

Təfsir

Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz o buludları heç bir bitki bitməyən bir diyara tərəf qovub, onlardan qurumuş torpağa yağmur endirməklə və orada bitkilər bitirməklə onu canlandırırıq. Biz yer üzünü öldükdən sonra orada bitkilər bitirməklə canlandırdığımız kimi qiyamət günü ölülərin dirildilməsi də belə olacaqdır.