وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ٣٧
Wahum yastarikhūna fīhā rabbanā akhrijnā na'mal sālihan ghayral-ladhī kunnā na'malu awalam nu'ammirkum mā yatadhakkaru fīhi man tadhakkara wajā'akumun-nadhīru fadhūqū famā liz-zālimīna min nasīr
Onlar orada: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”– deyə fəryad edəcəklər. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünüb öyüd ala biləcək kimsənin düşünüb öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi?! Sizə xəbərdar edən (Peyğəmbər) də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”.
Təfsir
Onlar orada bərk səslə fəryad qopararaq yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizi Cəhənnəmdən çıxart, dünyada etdiyimiz əməllərin əksi olan saleh əməllər edək ki, Sənin rizanı qazanaq və Sənin əzabından qurtulaq.” Allah da onlara belə buyuracaq: “Məgər orada sizə düşünəcək kimsənin düşünüb tövbə edəcəyi və yaxşı işlər görə biləcəyi qədər uzun ömür verməmişdikmi?! Sizə Allahın əzabı ilə sizi qorxudan Peyğəmbər də gəlmişdi. Bütün bunlardan sonra sizin öz lehinizə nə bir dəliliniz, nə də bir bəhanəniz var. Elə isə dadın Cəhənnəm əzabını! Küfür və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri Allahın əzabından xilas edən və ya bu əzabı yüngülləşdirən bir köməkçi tapılmaz.”