وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ ٣٤
Waqālul-hamdu lillāhil-ladhī adhhaba 'annal-hazana inna rabbanā laghafūrun shakūr
Onlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir.
Təfsir
Onlar Cənnətə daxil olduqdan sonra deyəcəklər: “Cəhənnəm düşməkdən qorxduğumuzdan dolayı bizi bürüyən qəm-kədəri bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Öz qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır, itaət etdiklərinə görə şükürün əvəzini verəndir.