أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ ٢٧
Alam tara annallāha anzala minas-samā'i mā'an fa akhrajnā bihī thamarātim mukhtalifan alwānuhā waminal-jibāli judadu bīdun wahumrum mukhtalifun alwānuhā wagharābību sūd
Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.
Təfsir
Məgər sən, ey Peyğəmbər, Allahın göydən yağmur endirdiyini və onunla ağaclara su verdikdən sonra onlardan müxtəlif rəngli - yaşıl, qırmızı, sarı və başqa rəngdə olan meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara rəngli təhlükəli cığırlar əmələ gətirdik.