وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌۖ أُجِيبُ دَعۡوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِۖ فَلۡيَسۡتَجِيبُواْ لِي وَلۡيُؤۡمِنُواْ بِي لَعَلَّهُمۡ يَرۡشُدُونَ ١٨٦
Wa idhā sa'alaka 'ibādī 'annī fa innī qarībun ujību da'watad-dā'i idhā da'āni falyastajībū lī walyu'minū bī la'allahum yarshudūn
Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər.
Təfsir
Ey Peyğəmbər! Əgər qullarım səndən Mənim onlara yaxın olmam və onların dualarına icabət etməm barədə soruşsalar, Mən onlara yaxınam, onarın hər bir halından xəbərdaram, dualarını da eşidirəm və buna görə onların heç bir vasitəçilərə və ya səslərini hündürə qaldırmağa ehtiyacları yoxdur. Mənə ixlasla dua edənin duasını qəbul edərəm. Gərək onlar da Mənim əmrlərimə tabe olub və imanlarında sabit qalmalıdırlar. Çünki bu, Mənim onların dualarına cavab verməyim üçün ən yaxşı vasitədir. Əgər onlar belə etsələr, bəlkə dini və dünyavi işlərində doğru yola yönəlmiş olarlar.