Az-Zumar surəsi, ayə 58

39:58

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٥٨

Aw taqūla hīna taral-'adhāba law anna lī karratan fa akūna minal-muhsinīn

Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!”

Təfsir

Və ya əzabı gördüyü zaman təmənna edib deməsin: “Kaş, bir də dün­ya­ya qayı­da biləydim, Allaha tövbə edib yaxşı işlər görənlərdən olar­dım!”.