أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ٥٧
Aw taqūla law annallāha hadānī lakuntu minal-muttaqīn
Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!”
Təfsir
Yaxud qədəri bəhanə gətirib deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələrdən olardım!”.