Az-Zumar surəsi, ayə 27

39:27

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٢٧

Walaqad darabnā lin-nāsi fī hādhal-qur'āni min kulli mathalil la'allahum yatadhakkarūn

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb ibrət alarlar.

Təfsir

Biz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş bu Quranda insanlar üçün xeyir və şərə, haqq və batilə, imana və küfrə aid cürbəcür məsəllər çəkdik ki, bəlkə, onlar çəkdiyimiz bu məsəllərdən ibrət alıb haqqa boyun əysinlər və batili tərk etsinlər.