Az-Zumar surəsi, ayə 19

39:19

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ ١٩

Afaman haqqa 'alayhi kalimatul-'adhābi afa'anta tunqidhu man fin-nār

Haqqında əzab sözü gerçəkləşmiş və Cəhənnəmdə olacaq kimsəni sənmi xilas edəcəksən?!

Təfsir

Ey Peyğəmbər, küfründə və azğınlığında israr etdiyinə görə haqqında əzab sözü vacib olmuş kimsənin doğru yola yönəlməsinə və (yaxşı işlər görməyə) müvəffəq olmasına sən tədbir görə bilməzsən. Ey Peyğəmbər, bu xislətlərə sahib olan kimsəni Cəhənnəm odundan sənmi xilas edəcəksən?!