لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ ٢٠
Lākinil-ladhīnat-taqaw rabbahum lahum ghurafum min fawqihā ghurafum mabniyyatun tajrī min tahtihal-anhāru wa'dallāhi lā yukhlifullāhul-mī'ād
Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, (ağacları və qəsrləri) altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.
Təfsir
Lakin Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələri üst-üstə yerləşən, altından çaylar axan mənzillər gözləyir. Bunu Allah onlara vəd etmişdir. Allah vədinə xilaf çıxmaz.