Az-Zumar surəsi, ayə 18

39:18

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ١٨

Alladhīna yastami'ūnal-qawla fayattabi'ūna ahsanahū ulā'ikal-ladhīna hadāhumullāhu wa ulā'ika hum ulul-albāb

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır.

Təfsir

O kəslər ki, sözə qulaq asır, onun yaxşısını pisindən ayırd edir və onda olan faydadan dolayı onun ən yaxşısına tabe olurlar. Bu vəsflərlə vəsf olunan kimsələr - məhz onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Sağlam ağıl sahibləri də məhz on­lardır.