Az-Zukhruf surəsi, ayə 85

43:85

وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٥

Watabārakal-ladhī lahū mulkus-samāwāti wal-ardi wamā baynahumā wa'indahū 'ilmus-sā'ati wa ilayhi turja'ūn

Göylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.

Təfsir

Pak və müqəddəs Allahın xeyir və bərəkəti boldur. O Allah ki, göylərin, yerin və onların arasındakıların mülkü Ona məxsusdur. Qiyamətin qopacağı saat haqqında bilgi yalnız Ondadır. Ondan başqa heç kəsin bu haqda bilgisi yoxdur və siz axirətdə haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün yalnız Onun hüzuruna qaytarılacaqsınız.