وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ ٥١
Wanādā fir'awnu fī qawmihī qāla yāqawmi alaysa lī mulku misra wahādhihil-anhāru tajrī min tahtī afalā tubsirūn
Firon qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?
Təfsir
Firon öz səltənəti ilə lovğalanaraq qövmünə müraciət edib belə dedi: “Ey qövmüm, məgər Misirin səltənəti və qəsrlərimin altımndan axan, Nildən ayrılan bu çaylar mənim deyilmi?! Məgər siz mənim səltənətimi görmürsünüz, əzəmətimi bilmirsiniz?!