وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ٣٧
Wa innahum layasuddūnahum 'anis-sabīli wayahsabūna annahum muhtadūn
Şeytanlar onları (haqq) yoldan azdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.
Təfsir
Doğrusu, Qurandan üz döndərən kimsələrə yoldaş olmuş o şeytanlar onları Allahın dinindan azdırar, beləliklə də, Allahın əmrlərini yerinə yetirməz və qadağan etdiyi əməllərdən çəkinməzlər, lakin bununla belə, onlar özlərinin haqq yolda olduqlarını güman edərlər. Elə bu səbəbdən də onlar öz azğınlıqlarına görə tövbə etməzlər.