فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٢٥
Fantaqamnā minhum fanzur kayfa kāna 'āqibatul-mukaddhibīn
Biz də onlardan intiqam aldıq. Bir bax (haqqı) yalan sayanların aqibəti necə oldu.
Təfsir
Biz də səndən əvvəlki peyğəmbərləri yalançı sayan ümmətlərdən intiqam alıb onları məhv etdik. Bir düşün, peyğəmbərlərini yalançı sayanların axırı necə oldu. Onların axırı çox acınacıqlı oldu.