Az-Zukhruf surəsi, ayə 17

43:17

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ ١٧

Wa idhā busshira ahaduhum bimā daraba lir-rahmāni mathalan zalla wajhuhū muswaddan wahuwa kazīm

Onlardan birinə, Rəhmana aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, qəm-qüssədən üzü qapqara qaralar.

Təfsir

Onlardan birinə, Rəbbinə aid etdiyi qız uşa­ğı ilə müj­də verilsə, sıxıntı və kədərdən üzü qapqara qaralar, olduqca bərk qəzəblənər. Bəs nə haqla, özünə müjdə verildiyi təqdirdə kədərlənməsinə səbəb olan qız uşağını Rəbbinə isnad edir?!