أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ ٤٠
Am tas'aluhum ajran fahum mim maghramim muthqalūn
(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?
Təfsir
Ey Peyğəmbər! Yoxsa sən, Rəbbinin risalətini təbliğ etdiyinə görə onlardan bir muzd istəyirsən?! Onlar da buna görə, daşıya bilmədikləri bir yük altına giriblər?!