وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٖ مِّنۡهُم مَّاتَ أَبَدٗا وَلَا تَقُمۡ عَلَىٰ قَبۡرِهِۦٓۖ إِنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمۡ فَٰسِقُونَ ٨٤
Walā tusalli 'alā ahadim minhum māta abadan walā taqum 'alā qabrihī innahum kafarū billāhi warasūlihī wamātū wahum fāsiqūn
Heç vaxt onlardan (münafiqlərdən) ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allaha və Rəsluna küfr etdilər və fasiq olaraq öldülər.
Təfsir
Ey Peyğəmbər! Heç vaxt kimliyindən aslı olmayaraq heç bir münafiq üçün cənazə namazını qılma, qəbrinin üstündə durub onun bağışlanması üçün Allaha dua etmə. Çünki onlar Allaha və Onun Elçisinə küfür etdilər və Allahın itaətindən çıxmış halda öldülər. Belə bir kimsə üçün nə cənazə namazı qılınar, nə də ki, onun üçün dua edib Allahdan bağışlanma istənilər.